Rusiya XİN: "Türkiyədə tutulan terrorçu axtarışda idi"

Rusiya XİN: "Türkiyədə tutulan terrorçu axtarışda idi"
04:06 15 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə İŞİD terror qrupu ilə əlbir olmaqda şübhəli bilinərək saxlanmış 3 nəfərdən biri Rusiyada terrorçuluq ittihamı ilə axtarışdadır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Maria Zaxarova bildirib.

Zaxarova Aydar Süleymanovun Tatarıstan vətəndaşı olduğunu bildirərək onun avqustdan axtarışda olduğunu qeyd edib. Zaxarova Süleymanovun 2013-cü ildən Rusiyanı tərk etdiyini vurğulayıb. Türkiyə polisi yanvarın 13-də Antaliyada İŞİD qrupu ilə əlbir olmaqda şübhəli bilinən 3 rusiyalının həbs olunduğunu bildirib.


Maria Zaxarova

Bundan əvvəl İstanbulda Sultan Əhməd Meydanında törədilən partlayışda 10 nəfər ölüb. 15 nəfər isə yaralanıb. Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış törədən şəxsin kimliyi məlum olub. Terror aktını Səudiyyə Ərəbistanında doğulan 28 yaşlı Nabil Fadlı adlı terrorçunun reallaşdırdığı müəyyən edilib. Polis terrorçunun bütün əlaqələrini ortaya çıxarmaq istiqamətində əməliyyatlarını davam etdirir.


Partlayış baş verən ərazi

Sonuncu dəfə bu ərazidə partlayış 5 gün əvvəl olub. Bir nəfər üzərində bomba polis şöbəsinə yaxınlaşaraq özünü partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəhşətli partayış baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.Partlayış bir qrup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan edilib.


Partlayış baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR