Ərdoğanla Davudoğlu terrorçulara bu cür cavab verəcək

Ərdoğanla Davudoğlu terrorçulara bu cür cavab verəcək
05:06 15 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti və baş naziri 3 gün öncə ölkədə törədilən terror hadisəsinə cavab vermək üçün bu gün birlikdə addım atacaqlar. ANS PREESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu cümə namazını “Sultan Əhməd” məscidində qılacaqlar. Tarixi məsciddə yerinə yetiriləcək kütləvi ibadət zamanı Ərdoğanı və Davudoğlunu Türkiyənin rəsmi dini qurumu “Diyanət”in sədri professor Mehmet Görmez də müşayiət edəcək.


Sultan Əhməd məscidi

Yanvarın 12-də səhər saatlarında Türkiyənin İstanbul şəhərindəki tarixi Sultan Əhməd Meydanında güclü partlayış baş verib. Terakt nəticəsində Almaniya vətəndaşı olan 10 turist ölüb, 15 nəfər xəsarət alıb.



Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı. Ölü sayı daha sonra 103 ölmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR