Yaponiyada turist avtobusu aşıb: 13 nəfər ölüb, 28 yaralanıb

Yaponiyada turist avtobusu aşıb: 13 nəfər ölüb, 28 yaralanıb
05:18 15 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yaponiyada turist avtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla saat 02:00-da baş verib. Qeyd olunur ki, avtobus qarşı yola çıxaraq, hasara çırpılıb və nəticədə aşıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Polis qəzanın səbəblərini araşdırır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2480673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR