Üvanlı sosial yardım elektronlaşır (VİDEO)

Üvanlı sosial yardım elektronlaşır (VİDEO)
06:31 15 Yanvar 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda üvanlı sosial yardım üzrə elektronlaşma başlandı.

ANS TV-nin məlumatına görə, avtomatlaşdırılmış sistem paytaxtın iki rayonunda Binəqədi və Yasamalda pilot layihə kimi sınaqdan keçiriləcək. Bu rayonlardakı sosial müdafiə mərkəzlərində vətəndaşlara lkin texniki köməyin göstərilməsi üçün “yardım masaları” fəaliyyətə başlayıb.

İlk layihəyə isə ötən gün Binəqədi rayonundan start verildi.

Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, vətəndaşların əyləşdiyi “yardım masaları” nın arxasında aparılan monitorinqlər iki hissədən ibarətdi. Birinci hissədə bu masada vətəndaş ünvanlı sosial yarım alamaq üçün ailəsinə dair məlumatları bəyan edir. Xidmətin əməkdaşı isə vətəndaşın bu bəyanatını elektornlaşdırır. Bu məlumatı vətəndaş qarşısında quraşdırılan monitor vasitəsilə izləyə bilir.

Vətəndaş müraciətini etdikdən sonra onu elektron imza vasitəsilə təsdiq edir. Bundan sonra şəxsin məlumatı yenidən yoxlanılır. Vətəndaşın maddi durumu, gəlirləri və sahib olduğu əmlak araşdırıldıqdan sonra ona həqiqətən də ünvanlı sosial yardımın düşdüyü müəyyən olunarsa, sms və email vasitəsilə ona məlumat verilir.

Ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciətin bütün ölkədə işə düşməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 20 dövlət qrumunun məlumat bazasının inteqrasiyası lazımdır. Artıq 12 qurum bunu edib. Prosesdə qismən ləngiyən qurumlar isə Dövlət Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Miqrasiya Xidməti və digərləridir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR