Yunanıstanda yenə aksiyalar keçirilir

Yunanıstanda yenə aksiyalar keçirilir
07:21 15 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın paytaxtı Afinada əhalinin sosial müdafiəsi ilə bağlı planlaşdırılan islahatlara etiraz olaraq, minlərlə insan küçələrdə hökümətə qarşı kütləvi nümayiş keçirib. ANS PRESS-in məlumatına görə, həkimlərin və vəkillərin də yer aldığı nümayişdə, aksiya iştirakçıları dinc şəkildə parlamentin qarşısına yürüş edərək, işçilərin gəlirlərindən sosial müdafiə fonduna ayırımların miqdarının artırılmasına təklifinə təpki göstərib. Planlaşdırılan islahatlar elm adamlarını da “müvəqqəti olaraq işlərindən ayrılıb” küçələrə çıxmağa vadar edib
.
“Ölkənin bütün alimləri VÖEN-lə işləyən vətəndaşlar üçün “qəbir daşına” çevriləcək bu qanun layihəsinə etiraz etmək üçün küçələrdədir. Bu qanunun qəbul olmasına imkan verən deyilik, sonadək mübarizə aparacağıq.” - deyə Baytarlar Assosasiyasının prezidenti Atina Traçili bildirib.

Sosial müdafiə sektorundakı islahatlar geniş mübahisələrə yol açıb. Yunanıstanda sosial müdafiə və təqaüd fondu artıq uzun illərdi ki, böhrandan çıxa bilmir. Ancaq beynəlxalq kreditorların təkidi həyata keçirilən sistemin restrukturizasiyasında ciddi çətinliklər ortaya çıxıb. Etirazçılar bildirir ki, yeni qanun qəbul olunsa özəl sektorun işçiləri çörək pulu qazanmaq üçün kütləvi şəkildə xaricə üz tutacaq.

Ötən bir neçə il Yunanıstanda sərt iqtisadi islahatlar səbəbindən keçirilən etiraz aksiyaları ilə yadda qalıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR