Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı

Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı
07:34 15 Yanvar 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb,  nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib.   

 

“41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb”, deyə o bildirib.  

 

Məlumata görə,  turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb.  

 

Polis qəzanın səbəblərini araşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR