Ukrayna Krımı qaytaracaq

Ukrayna Krımı qaytaracaq
07:36 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko bu il separatçıların nəzarətində olan ərazilərdə suverenliyin bərpa olunacağını bildirib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı işğal edilmiş Donetsk və Luqansk vilayətlərinin qaytarılmalı olduğunu qeyd edib.

Ukrayna lideri həmçinin qeyd edib ki, ötən ilin martında Rusiya tərəfindən ilhaq edilən Krım ABŞ və Avropa Birliyinin köməyi ilə beynəlxalq mexanizm əsasında geri qaytarılmalıdır və bu hökumətin qarşısında duran əsas məsələlərdəndir. Poroşenko ölkənin müdafiəsinin gücləndirmək vacib olduğunu vurğulayıb.


Petro Poroşenko

"Krımı qaytarmaq üçün mübarizə prioritet olaraq qalır. Biz bunun üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edəcəyik." - Poroşenko bildirib.



Ukrayna Rusiyanı ölkənin şərqində separatçılara silah və hərbi personal göndərməkdə ittiham edir. 2014-cü ilin aprel ayından başlayan münaqişə nəticəsində təxminən 9 mindən çox insan həyatını itirib. Rusiya bu iddiaları rədd edir.


Ukrayna Rusiya sərhədi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR