“Oskar” uğrunda mübarizədə üç favorit müəyyən olunub

“Oskar” uğrunda mübarizədə üç favorit müəyyən olunub
07:53 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Beverli-Hillzdə “Oskar” mükafatına nominantlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə Amerika Kinosənəti Akademiyasının mükafatı uğrunda 3 favorit müəyyən olunub. Bunlar “Sağ qalmış”, “Dəlisov Maks: Qəzəb yolu” və “Mars sakini” filmləridir.
Baş rolda Leonardo di Kaprionun çəkildiyi “Sağ qalmış” filmi 12 nominasiyada təqdim olunacaq. “Ən yaxşı film” adı uğrunda isə bu kinoəsər “Mars sakini” və “Casus körpüsü” filmləri ilə rəqabət aparacaq. “Sağ qalmış” filmi artıq “Qızıl Qlobus” mükafatı qazanıb. “Mars sakini” fantastik dramı isə 7 nominasiyada “Oskara” iddia edir.
Mükafatın sahibləri fevralın 28-də keçiriləcək təntənəli mərasimdə məlum olacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oskar_ugrunda_mubarizede_uch_favorit_mueyyen_olunub-918639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR