Türkiyə şirniyyat markası dünya brendi olmaq yolunda

Türkiyə şirniyyat markası dünya brendi olmaq yolunda
08:01 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin aparıcı şirniyyat istehsalçısı “Ülkər” şirkətinə sahib olan “Yıldız” Holdinq 2016-cı ildə Türkiyə, ABŞ və Britaniyada biznesin genişlənməsinə 1,6 milyard lirə yəni 530 milyon dollara yaxın investisiya qoyacağını elan edib. 2014-cü ildə “United Biscuits” şirkətinə yiyələnməklə dünyanın 3-cü ən böyük peçenye istehsalçısına çevrilən holdinq, qarşıda gələn 3 il ərzində illik gəlirini 17 faiz artırmağı qarşıya məqsəd qoyub.

Holdinqin vitse-prezidenti Cem Karakaş əsas hədəfin “Ülkər” şirkətini şirniyyat sektorunda dünyanın ikinci şirkətinə çevirmək olduğunu deyib. Şirkət rəsmisi 2016-2017-ci illər ərzində şirkətin kapitala və yeni iş yerlərinin yaradılmasına külli miqdarda sərmayə qoyacağını bildirib.

Artıq Səudiyyə Ərəbstanı, Rumıniya, və Misirdə “United Biscuits”lə əməliyyatların birləşdirilməsi prosesinə başladığını deyən şirkət ali rəsmisi, tezliklə həmin prosesin Qərbi Afrika regionunda da başlanacağını diqqətə çatdırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR