Makedoniya prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

18:12 30 Dekabr 2014
71 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 18:08 ]

Bakı – APA. Makedoniya prezidenti Gyorge İvanov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, G. İvanovun məktubunda deyilir:

 

“Zati-aliləri, Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaq mənim üçün qürurvericidir. Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Cənab Prezident, icazə verin, bu xoş münasibətlə Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı maraqlara uyğun olaraq daha da inkişafına və gücləndirilməsinə töhfə vermək üçün birgə səy göstərəcəyimizdən əminliyimi ifadə edim.



Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun 2015-ci ilin aprelində keçiriləcək illik “Avropada etimadın bərpa olunması” mövzusunda Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində Sizinlə görüşü səbirsizliklə gözləyirəm. Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR