Neft Fondundan valyuta bazarını rahatladacaq addım

Neft Fondundan valyuta bazarını rahatladacaq addım
08:16 15 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il ölkədə bir müddət valyuta satışını dayandıran Dövlət Neft Fondu yenidən bu istiqamətdə aktivləşib. ANS PRESS-in məlumatına görə, ölkədə dollara təlabatı qarşılamaq və hərraclarda iştirak məqsədi ilə Dövlət Neft Fondu təkcə bu həftə ərzində 400 milyon dollarını satışa çıxarıb.

Artıq birinci hərracda banklara 200 milyon dollar satan fondun növbəti addımı isə bu gün baş tutacaq. Azərbaycan Dövlət Neft Fondu cari ildə banklararası bazarda xarici valyuta satışını yüksəltmək üçün daha 200 milyon dolları satışa çıxarıb. Fondun verdiyi məlumata görə bu, Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə təşkil ediləcək.

Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı olacaq. Valyuta satışı il ərzində Dövlət Neft Fondu tərəfindən hərraclar vasitəsilə davam etdiriləcək. Məlumat üçün bildirək ki, bir müddət öncə Azərbaycan Dövlət Neft Fondu tərəfindən ilk hərrac baş tutmuşdu. Yeni mexanizmlə - Mərkəzi Bankın keçirdiyi ilk hərracda, 200 mln. ABŞ dolları məbləğində vəsait 32 banka satılmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR