Türkiyə İrana viza tətbiq etməkdən imtina etdi

Türkiyə İrana viza tətbiq etməkdən imtina etdi
09:22 15 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

İran və Türkiyə Müştərək Ticarət Şurasının sədri Rza Kami Türkiyənin İran vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rza Kami deyir ki, Türkiyənin İran vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir: "İki ölkə arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməyib və İran vətəndaşları Türkiyəyə vizasız gediş-gəliş edə bilərlər".

Onun sözlərinə görə, Türkiyə tərəfi indiyədək viza rejiminin tətbiqi ilə bağlı hər hansı rəsmi müraciət etməyib.  Türkiyə və İran münasibətlərinə toxunan R.Kami deyib ki, iki ölkə arasındakı əlaqələrin tarixi kökləri var və hazırda heç bir gərginlik yoxdur. 

Xatırladaq ki, ötən həftə Türkiyə KİV-i 89 ölkəyə, o cümlədən İrana 2016-cı ilin iyunundan viza tətbiq ediləcəyi haqda xəbər yayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR