Ermənilər AŞ PA-nın qış sessiyası üçün indidən narahatdırlar

Ermənilər AŞ PA-nın qış sessiyası üçün indidən narahatdırlar
09:32 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

AŞPA-nın yanvar ayının 25-29-da keçiriləcək qış sessiyasında Ermənistana qarşı dərhal iki qətnamə birdən müzakirə ediləcək.

Milli.Az Modern.az-a istinadən bildirir ki, bunlardan birinin müəllifi britaniyalı Robert Volterdir. Onun məruzəsində Ermənistandan Dağlıq Qarabağ və ətraf ərazilərdən erməni hərbi qüvvələrinin çıxarılması və həmin ərazilərdə Azərbaycanın tam suverenliyinin təsdiq edilməsi tələb olunur.

Müəllifi bosniyalı Militsa Markoviçin olduğu 2-ci əks-erməni hesabat-məruzəsində isə Dağlıq Qarabağdaki Sərsəng su anbarı haqqında geniş məlumat verilir və qeyd olunur ki, "Azərbaycanın sərhəd rayonları ermənilər tərəfindən bilərəkdən, qəsdən su anbarının suyundan məhrum edilmişlər".

Ermənilərin bu qətnamələrin qəbul edilməməsi üçün öz çirkin əməllərindən əl çəkməyəcəkləri məlumdur. Amma erməni ekspertlərinin əksəriyyəti qətnamələrdən heç olmasa birinin qəbul ediləcəyini bildiriblər. Erməni mətbuatı bildirir ki, AŞPA-da müzakirə olunacaq iki əks-erməni qətnamədən biri qəbul ediləcək. Bu isə erməniləri təşvişə salıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/398056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR