Əməkdar artist: "İtdən it kimi qorxuram”

Əməkdar artist: "İtdən it kimi qorxuram”
09:53 15 Yanvar 2016
59 Şou
Ölkə mətbuatı
A- A+

"Hansı fobiyalarınız olub və hələ də bu fobiyalarınız sizə rahatlıq vermir?"

Milli.Az axar.az-a istinadən tanınmış sənət adamlarının bu suala cavablarını təqdim edir:
 
Xalq artisti Firəngiz Mütəllimovanın maraqlı bir fobiyası var:
"Mənim iki şeyə fobiyam var, bunlardan biri hündürlükdür. Bir də krandan damcılayan sudan qorxuram".
 
Əməkdar artist Dilarə Əliyevanın fobiyasına əksər adamlarda rast gəlmək olur:
"Qaranlığa qarşı fobiyam var. Bir də itlərə... Doğrusu, itdən it kimi qorxuram".
 
Aparıcı Şəhriyar Əbilov fobiyası olmadığını bildirib, lakin:
"Mənim fobiyam yoxdur. Amma siçovullardan qorxmasam da, iyrənirəm".
 
Aktrisa Pərvin Abıyeva dərinlikdən qorxur:
"Suya, dənizə, ümumilikdə dərinliyə dəhşətli dərəcədə fobiyam var".
 
Aktyor Azər Baxşəliyevin də qəribə bir fobiyası var:
"İndi heç bir fobiyam yoxdur, amma uşaqlıqda olub. Açıqlıq yerlərdən qorxurdum. Ən qorxulu yuxum da bu olurdu: özümü stadionun ortasında tək-tənha görürdüm. Böyüdükcə bu fobiya keçməyə başladı".
 
Model Rüstəm Cəbrayılov hündürlükdən qorxduğunu bildirib:
"Hündürlüyə qarşı fobiyam var. Hündür yerlərdən çəkinirəm".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR