Azərbaycanda 16 korrupsioner məmur cinayət başında yaxalanıb

Azərbaycanda 16 korrupsioner məmur cinayət başında yaxalanıb
10:20 15 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya faktları ilə bağlı 14 əməliyyat keçirilib.

Trend-in məlumatına görə, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

Qurum rəhbəri bildirib ki, Baş idarənin əməliyyat qurumları tərəfindən peşəkarlıqla həyata keçirilmiş 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR