Rusiya XİN nümayəndəsi: “Biz ABŞ-ın addımlarını cavabsız qoymayacağıq”

18:12 30 Dekabr 2014
46 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 17:59 ]

Bakı – APA. “ABŞ-ın sanksiyaları beynəlxalq problemlərin həllində ikitərəfli əməkdaşlıq perspektivlərini şübhə altına qoyur”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.

 

“Elə bir təəssürat yaranır ki, sanki Vaşinqtonda kimsə Rusiya-ABŞ münasibətlərinin karkasını daha çox silkələmək istəyir. Bunun üçün də yeni səbəblər uydurulur”, - deyə o vurğulayıb.  

 

Diplomat qeyd edib ki, ABŞ-ın addımları İranın nüvə problemi, Suriya böhranı və digər aktual beynəlxalq problemlərinin həllində ikitərəfli əməkdaşlığın perspektivlərini sual altına qoyur: “Artıq Vaşinqtonda əmin olublar ki, biz bu addımları cavabsız qoymuruq və qoymayacağıq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR