Üçqat Olimpiya çempionu: "Şəhriyar BMW sürür, mənimsə avtomobilim yoxdur"

Üçqat Olimpiya çempionu: "Şəhriyar BMW sürür, mənimsə avtomobilim yoxdur"
10:27 15 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 18-də kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifman 50 illik yubileyini qeyd edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rusiya yığmasının heyətində 3 dəfə Olimpiya çempionu olan qrossmeyster ölkəsinin mətbuatına verdiyi müsahibəsində azərbaycanlı şahmatçılarla bağlı da maraqlı məqama toxunub.

Həmkarımızın "3 ildir, Azərbaycanda çalışırsız. Orada şahmata çox pul xərcləyirlər. Şəhriyar Məmmədyarov "Jaguar"da, Teymur Rəcəbov "Porsche Cayenne"də gəzir" sualını da cavablandıran Xalifman Məmmədyarovun artıq avtomobilini dəyişdiyini açıqlayıb: "Şəhriyar artıq "Jaguar" deyil, "BMW"nin "cip"ini sürür. Ora coşğun cənubdur, özünü göstərməlisən. Mənsə belə şeylərdən uzağam. Heç vaxt bahalı maşınım olmayıb, olmayacaq da. Hətta lənətə gəlmiş bankdan pul tökülsə belə, bunu etmərəm. Maşın sürmürəm, piyada gəzməyə üstünlük verirəm. Sərnişin kimi məni "Volkswagen Jetta" da qane edir. Bu avtomobili həyat yoldaşım üçün almışam və məni də o gəzdirir".  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR