Ceyhun: "200 manata kostyum geyinmirəm" - FOTO

Ceyhun: "200 manata kostyum geyinmirəm" - FOTO
10:32 15 Yanvar 2016
41 Şou
Ölkə mətbuatı
A- A+

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev qarderobuna xüsusi diqqət yetirən sənətçilərdəndir. 

Milli.az gecce.az-a istinadən xəbər verir ki, ötən həftələrdə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ilə bir verilişdə çıxış edərkən modelyer xanımın Ceyhuna verdiyi dəb məsləhəti yerinə yetib. Ceyhun qarderobunda çeşidli dəyişiklik edib. Müğənni yaradıcılığı ilə yanaşı, qarderobuna xüsusi diqqət yetirdiyini bildirib:

"Diqqət eləsəniz, son iki ildə rəhbəri olduğum qrupun üzvləri ilə efirə nadir hallarda çıxıram. Səbəb isə budur ki, qrup üzvlərinə çalışdığım stilistin məsləhəti ilə geyimlər aldıra bilmirəm. Milyonların qarşısına çıxırıq. Geyimimiz, səliqəmiz yerində olmalıdır. Ciblərindən pul çıxarıb xərcləmək istəmirlər. Dünya ulduzları bahalı geyimlərini öz büdcələri ilə alırlar. Geyimi də sponsor almalı deyil ki... Mənim həm özümə, həm qrup üzvlərinə geyim üçün pul xərcləməyə imkanım çatmır".

Son illərə qədər geyimlərində tünd rənglərə üstünlük verən Ceyhun stilini stilistin məsləhəti ilə bir qədər açıq tonlara dəyişib:

"Dəyişəndən sonra insanların müsbət rəyini eşitdim. Sevinirəm ki, tamaşaçıya düzgün nümunə ola bilirəm. Etiraf edim ki, qarderobumda fantastik qiymətə alınan geyimlər yoxdur. Ən bahalı kostyumumu endirimlə 2800 manata Dubaydan almışam. 200 manata kostyum geyinmirəm. Ən aşağısı 400-500 manata alıram. Eyni zamanda 1000 manata ayaqqabı geyinmirəm. Bu məbləğdən aşağı alıram. Ayaqqabı ayaqda tərzini dəyişir. Pulumun qədrini bilirəm. Fərq etməz, geyim, aksessuar olsun. Keyfiyyətlisinə pul xərcləyirəm. Pulumu daha çox mahnılarıma, sənətimə xərcləyirəm".














Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR