2015-ci ildə 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib

2015-ci ildə 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib
10:33 15 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli-Trend:

2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatları əsasında 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Trend-in məlumatına görə, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

İdarə rəisi deyib ki, hesabat dövründə araşdırma materialları üzrə 22, cinayət işləri üzrə 49 təqdimat verilib, 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib: "İntizam məsuliyyətinə cəlb edilmiş 169 vəzifəli şəxsdən 42 nəfəri Səhiyə Nazirliyi, 28 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , 13 nəfər Təhsil Nazirliyi , 48 nəfər Daxili İşlər Nazirliyi, 1 nəfər Müdafiə Nazirliyi, 1 nəfər Fövqəladə Hallar Nazirliyi, 1 nəfər isə Gömrük Komitəsinin əməkdaşıdır. İl ərzidndə intizam məsuliyyətinə cəlb edilən 35 nəfər isə digər dövlət qurumlarının əməkdaşları olub".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR