Ukrayna Krımın qaytarılması üçün hərəkətə keçdi

Ukrayna Krımın qaytarılması üçün hərəkətə keçdi
10:42 15 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna "Cenevrə +" formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır. Modern.az saytının "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.  

"Bu cür mexanizmin yaradılması üçün  biz Avropa İttifaqındakı tərəfdaşlarımız, ABŞ və ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi "Cenevrə +" formatını nəzərdən keçiririk", - deyə o bildirib. 

Poroşenko  Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR