"Ən bahalı kostyumumu 2800 manata almışam"

"Ən bahalı kostyumumu 2800 manata almışam"
10:46 15 Yanvar 2016
42 Şou
Ölkə mətbuatı
A- A+

"Qala" qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev bu dəfə qarderobundan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi qarderobunda dəyişiklik etdiyini bildirib:

"Diqqət eləsəz son iki ildə rəhbəri olduğum qrupun üzvləri ilə efirə nadir hallarda çıxıram. Səbəb isə budur ki, qrup üzvlərinə çalışdığım stilistin məsləhəti ilə geyimlər aldıra bilmirəm. Milyonların qarşısına çıxırıq, geyimimiz, səliqəmiz yerində olmalıdır. Ciblərindən pul çıxarıb xərcləmək istəmirlər. Dünya ulduzları bahalı geyimlərini öz büdcələri ilə alırlar. Paltarı da sponsor almalı deyil ki... Mənim həm özümə, həm qrup üzvlərinə geyim üçün pul xərcləməyə imkanım çatmır. Geyim tərzimi dəyişəndən sonra insanların müsbət rəyini eşitdim. Sevinirəm ki, tamaşaçıya düzgün nümunə ola bilirəm. Etiraf edim ki, qarderobumda fantastik qiymətə alınan geyimlər yoxdu. Ən bahalı kostyumumu endirimlə 2800 manata Dubaydan almışam. 200 manata kostyum geyinmirəm. Ən aşağısı 400-500 manat olmalıdır. Eyni zamanda 1000 manata ayaqqabı almaram. Pulumun qədrini bilirəm. Hər şeyin keyfiyyətlisinə pul xərcləyirəm. Pulumu daha çox mahnılarıma, sənətimə xərcləməyə üstünlük verirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR