Devalvasiyadan sui-istifadə edənlər cəzalandırılırlar

Devalvasiyadan sui-istifadə edənlər cəzalandırılırlar
10:52 15 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində manatın məzənnəsindəki dəyişiklikdən sui-istifadə edənlərə qarşı tədbirlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

Qurum rəhbəri bildirib ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir: "29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri həyata keçirilməkdədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR