Amerika bankı robot-məsləhətçi xidməti istifadəyə verir

Amerika bankı robot-məsləhətçi xidməti istifadəyə verir
10:58 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
İspaniyanın "BBVA" bank qrupunun törəməsi olan Amerikanın "BBVA Compass" Bankı robot-məsləhətçi xidməti istifadəyə verir.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, bank müasir texnologiyalar sayəsində müştərilərinə investisiya menecmentinin xidmətlərini təklif edə biləcək. İnvestisiya qərarları alqoritmlərin köməyi ilə qəbul ediləcək. Xidmətin işə salınması üçün bank Amerikanın Blackrock investisiya şirkətinə məxsus olan "Futureadvisor" startapı ilə saziş bağlayıb. İlin sonunadək "BBVA Compass"ın bütün müştəriləri öz portfelləri üçün fərdi planı əldə edə biləcəklər. Avropada maliyyə məsləhətçilərinin robotlarla əvəz edilməsi fəal müzakirə olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR