Hakan Çalhanoğlunun atası: "Azərbaycan yığmasından təklif gəlmişdi"

Hakan Çalhanoğlunun atası: "Azərbaycan yığmasından təklif gəlmişdi"
11:05 15 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə U-17 millisinin üzvü Ünal Altıntaş Azərbaycan millisində oynamaq üçün dəvət alıb.

Milli.Az Qafqazinfo-ya istinadən bildirir ki, Almaniyanın "Kayzerslauten" klubunda çıxış edən, 193 sm boya sahib olan futbolçu bundan imtina edib.

Bu barədə məlumatı futbolçunun meneceri, məşhur oyunçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu verib. O bildirib ki, Azərbaycan yığmasından dəvət alsalar da, bundan imtina ediblər: "Ünal Türkiyə yığmasında oynayacaq. Almaniyanın böyük klubları onu heyətində görmək istəyir. O, istedadlı oyunçudur. Bir vaxlar Azərbaycan yığmasından təklif almışdı. Amma biz bundan imtina etdik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR