Bakı ​"İnter"inin sabiq futbolçusu Naci Şensoyun komandasında çıxış edəcək

Bakı ​"İnter"inin sabiq futbolçusu Naci Şensoyun komandasında çıxış edəcək
11:07 15 Yanvar 2016
17 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Bolqarıstanın "Pirin" klubunun baş məşqçisi Naci Şensoy komandasına Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçu cəlb edib. "Report"un məlumatına görə, bu, Daniel Genovdur.
27 yaşlı yarımmüdafiəçi artıq yeni komandasına qoşulub.
Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci illərdə Tovuzun "Turan" klubunda baş məşqçi olub. Daniel Genov isə 2010-cu ilin yayında Bakı "İnter"inə keçib. Növbəti ilin iyununda "Simurq"a icarəyə verilən Genov bir mövsüm sonra yenidən "bankirlər"in sıralarına dönüb. O, payxtat klubunda 2013-cü ilin sonunadək çıxış edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR