® “Bolluq LTD” MMC: “Əsassız qiymət artımına yol verməyəcəyik”

®  “Bolluq LTD” MMC: “Əsassız qiymət artımına yol verməyəcəyik”
11:09 15 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

“Bolluq LTD” MMC dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar konsepsiyasına arxalanaraq son illər Azərbaycanda uğurla inkişaf edən sahibkarlıq subyektlərindən biridir. Prezidentin sahibkarlara qayğı və dəstəyindən bəhrələnən “Bolluq LTD” MMC ötən illər ərzində yüzlərlə insanın daimi işlə təmin olunmasına, istehsal etdiyi məhsulların çeşidinin əhəmiyyətli dərəcədə artırılmasına və vətəndaşlarımıza keyfiyyətli məhsullar təqdim etməyə nail olub.

 

Ötən ildən başlayaraq neftin qiymətinin kəskin azalması və bunun fonunda manatın məzənnəsinin ucuzlaşması biz sahibkarların da fəaliyyətinə təsirsiz ötüşməyib və bu proses gəlirlərimizin nisbətən azalmasına səbəb olub. Belə ki, xarici valyuta ilə alınan və müxtəlif beynəlxalq daşıma şirkətləri vasitəsilə Azərbaycana gətirilən məhsulların qiymətində də müəyyən tənzimləmələr qaçılmaz olub.

 

Baş vermiş devalvasiyanın təsiri olaraq “Bolluq LTD” MMC də istehsal və idxal etdiyi məhsulların qiymətində cüzi artımlar etmək məcburiyyətində qalıb. Lakin bu, “fürsətdən” istifadə etmək və qiymətlərin artımının davamlı olması demək deyil. Bu yalnız müəyyən xərclərimizi qarşılamaq məqsədilə yol verilən 20-30 faiz artımdır. Əminliklə deyə bilərik ki, “Bolluq LTD” MMC dövlət başçısı İlham Əliyevin sosial-iqtisadi islahatlar kursuna sadiqdir və qarşımıza qoyulan tapşırıqlara tam məsuliyyətlə əməl edəcəyik.

 

Hazırkı çətin dövrdə mövcud problemlərin aradan qaldırılmasında bütün imkanlarımızdan istifadə edərək istehlak bazarında nəzarəti həyata keçirən aidiyyəti dövlət qurumları ilə əməkdaşlığımı davam etdirəcək və əsassız qiymət artımına yol verməyəcəyik.

  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR