143 milyon manatdan 36-sını ala bildilər

143 milyon manatdan 36-sını ala bildilər
11:12 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 295 şəxs barəsində 200 cinayət işi məhkəməyə göndərilib. 

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında baş prokurorun müavini, İdarənin rəisi Kamran Əliyev deyib.

İdarə rəisi qeyd edib ki, həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan ibtidai araşdırma mərhələsində 36 milyon 101 min manat və ya 25.1 % ödənilib. İstintaqı başa çatdırılmış 5 (beş) cinayət işi üzrə 43 milyon 654 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR