Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB

Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər - YENİLƏNİB
18:12 30 Dekabr 2014
400 Digər
Ölkə mətbuatı
A- A+

30.12.2014
18:07


Makedoniya Respublikasının Prezidenti Gyorge İvanov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaq mənim üçün qürurvericidir. Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, icazə verin, bu xoş münasibətlə Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı maraqlara uyğun olaraq daha da inkişafına və gücləndirilməsinə töhfə vermək üçün birgə səy göstərəcəyimizdən əminliyimi ifadə edim.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun 2015-ci ilin aprelində keçiriləcək illik “Avropada etimadın bərpa olunması” mövzusunda Üçüncü Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində Sizinlə görüşü səbirsizliklə gözləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram".

-----------------
29.12.2014
18:03

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin sayənizdə Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib və genişlənib, bir sıra investisiya layihələri həyata keçirilib, mühüm siyasi qərarlar qəbul edilib, çoxsaylı dövlət strukturlarında vacib dəyişikliklər baş verir. Siz haqlı olaraq, müdrik və təcrübəli siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi həmvətənlərinizin səmimi hörmətini və beynəlxalq aləmdə yüksək nüfuz qazanmısınız. Siz, Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişaf etdirilməsinin prinsipial tərəfdarı kimi, iki dövlət arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Sizə səmimi qəlbdən xoş günlər, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və işinizdə uğurlar arzulayıram".

---------
17:33


Sankt-Peterburqdakı “Azərbaycanlıların dostları cəmiyyəti” Regional İctimai Təşkilatı Şurasının sədri İdris Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə Sankt-Peterburqdakı “Azərbaycanlıların dostları cəmiyyəti - Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xoş arzularımızı çatdırırıq.

Biz, Neva sahillərində yaşayan azərbaycanlılar Sizin çoxşaxəli fəaliyyətinizi, şəxsi təşəbbüslərinizi və Azərbaycan Respublikasının inkişafı yolunda göstərdiyiniz səyləri yüksək qiymətləndiririk.

Sankt-Peterburqda yaşayan azərbaycanlılar qətiyyətlə bildirirlər ki, Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq prinsiplərinə söykənən dostluq münasibətləri ölkələrimizin xalqlarının maraqlarına uyğun şəkildə bundan sonra da dərinləşəcək. Siz Rusiyada yaşayan həmvətənlərimiz arasında yüksək hörmət və nüfuz qazanmısınız.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə nəzərdə tutduğunuz bütün planların reallaşmasını, Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirik".

---------
17:01


Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimovdan Professorlar İvan Meznik, Jirek Vanek, dosentlər Frantisek Capka, Jiri Dusek, Jiri Podluski, Ludek Mikules, Oldriç Sasinka, Nagif Fezizadə, Agif Fezizadə və başqaları Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız səmərəli müasir daxili və xarici siyasəti dəstəkləyir, Avropa-dünya məkanında təbliğ edirik.

Müstəqil Azərbaycan Respublikasının qorunması və sivil ölkələr sırasında inkişaf etməsi üçün gördüyünüz işləri həmişə yüksək qiymətləndirmişik, bu gün də qiymətləndiririk.

Çoxmillətli Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi - CASVaK, Brno Texnoloji Universiteti, G.T.Masarik Universiteti, Karla İngilis Ali Məktəbi nümayəndələri, həmçinin Azərbaycana bir neçə dəfə səfər etmiş, Sizi yaxından tanıyan elm, iş adamları, tanınmış ziyalılar, soydaşlarımız, Zati-aliləri, Sizi ad gününüz və qarşıdan gələn yeni 2015-ci il münasibətilə təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.

Arzu edirik ki, həyatınızın hər anı Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar gətirsin. Tanrı Sizi qorusun".

---------
16:35


Ümumrusiya Azərbaycanlılar Konqresinin Kursk regional bölməsinin rəhbəri Qasım Kərimov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar, ailə səadəti və qarşıya qoyduğunuz məqsədlərə nail olmağı arzu edirəm".

X X X

Latviyanın “Yunayted Oyls” şirkətinin idarə heyətinin sədri Ceyhun Zalov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı yolunda böyük uğurlar arzu edirəm. Siz Azərbaycan xalqının şanlı oğlu kimi doğma Vətəndən uzaqda yaşayan biz azərbaycanlılar üçün qürur və vətənpərvərlik rəmzi, habelə Azərbaycan dövlətində iqtisadi və siyasi sabitliyin təminatçısısınız. Biz Sizinlə fəxr edirik. Sizin hər bir çağırışınıza səs verməyə, hər bir tapşırığınızı yerinə yetirməyə daim hazırıq. Sizə bütün işlərinizdə müvəffəqiyyət arzu edirəm".

X X X

Moskvadakı Kərim Kərimov adına 157 nömrəli məktəbin ilk direktoru Aidə Quliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, ailə səadəti və Azərbaycanın daha da inkişafı naminə işlərinizdə uğurlar arzu edirəm".

---------
16:20


Bursanın Uludağ Universiteti tarix kafedrasının rəhbəri, Bursadakı Axıska Türklərinin Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri, tarix elmləri doktoru Seyfəddin Buntürk Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər arzulayıram.

Sizi və Azərbaycan xalqını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə və Azərbaycan xalqına daha böyük uğurlar arzulayıram".

X X X

Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Ukrayna Millətlər Assambleyası Sizə öz səmimi ehtiramını bildirir və Sizi doğum gününüz münasibətilə təbrik edir.

Biz millətlərarası münasibətlərin və ictimai fəaliyyətin təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda oynadığı əhəmiyyətli rolu yaxşı başa düşən dövlət, ictimai və elmi xadim kimi Sizə təşəkkür edirik.

Azərbaycanda tolerantlığın səviyyəsi dünyada yaxşı gələcəyə can atan ölkələrin çoxu üçün örnəkdir.

Siz iki strateji tərəfdaş - Azərbaycan ilə Ukrayna arasında dostluğun və həmrəyliyin inkişafına və möhkəmlənməsinə həqiqətən böyük töhfə vermisiniz. Buna görə Ukraynanın çoxmillətli xalqı Sizə minnətdardır. Ukraynanın çox ağır günlərlə üzləşdiyi bir vaxtda Sizin dəstəyiniz xüsusilə əhəmiyyətlidir.

Sizə səmimi qəlbdən həyatda uğurlar və firavanlıq arzu edirik. Qoy, bu nəcib işdə - Azərbaycan və Ukrayna xalqları arasında dostluğun möhkəmlənməsi işində uğur daim Sizinlə olsun".

X X X

Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri Artur Abdinov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizi ad gününüz və qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin ötən illərdəki fəaliyyətiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Bu illər ərzində Azərbaycan demokratik, iqtisadi və sosial inkişaf, habelə beynəlxalq nüfuzunun möhkəmlənməsi yolu ilə inamla addımlayıb.

Sizin həmvətəniniz, Vyanada fəaliyyət göstərən iri sənayeçi kimi Sizi əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin mənafelərini hər vasitə ilə önə çəkməyə və müdafiə etməyə, onun tərəqqisinə yardımçı olmağa hazıram.

Sizin Avstriyaya rəsmi səfəriniz çərçivəsində Vyanada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı zamanı baş tutan qısa söhbətimizi dərin məmnunluq hissi ilə xatırlayıram.

Cənab Prezident, mənim ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzulayıram".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Klubunun sədr müavini Murad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) Azərbaycan Klubu adından təbrik edirik. Bu gün biz azərbaycanlı tələbələr Dövlət Proqramı sayəsində dünyanın aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə etmişik. Bu, əlbəttə ki, Azərbaycanın Prezidenti vəzifəsində Sizin uğurlu fəaliyyətinizin nəticəsidir. Sizin rəhbərliyinizlə aparılan səmərəli siyasətin nəticələri həmvətənlərimiz tərəfindən ehtiramla qarşılanır, beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Sizin gərgin əməyiniz sayəsində biz bu gün Azərbaycanın siyasi və iqtisadi inkişafında sanballı uğurların şahidi oluruq.

Hörmətli cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, doğmalarınızın və yaxınlarınızın Sizi daim dəstəkləməsini, Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim".

X X X

“Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai təşkilatının Ulyanovsk regional bölməsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin yüksək diqqət və qayğınız sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir, sosial, iqtisadi və humanitar sahələrdə yeni-yeni uğurlar qazanır. Siz Azərbaycanın gələcəyi üçün mühüm dövləti islahatlar həyata keçirməyə müvəffəq olursunuz.

Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına göstərdiyiniz diqqət və dəstəyə görə xüsusi təşəkkürümüzü bildirmək istəyirik.

Sizə bundan sonra da məqsədlərinizə nail olmağı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

---------
16:01


Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Xahiş edirəm ən səmimi arzularımı qəbul edin.

On ildən çoxdur ki, Siz Azərbaycan Respublikasına rəhbərlik edirsiniz. Sizin rəhbərliyinizlə ölkə dövlətdə sabitliyə, sülhə və onun vətəndaşlarının firavanlığına nail olmaq məqsədilə sosial-iqtisadi dəyişikliklər yolunda uğurla irəliləyir. Fərəhlə qeyd edirəm ki, mübarək Azərbaycan torpağında milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların birgə həyatının gözəl modeli praktiki olaraq reallaşır. 2010-cu ilin aprelində Bakıya səfərim zamanı bunu yəqin etmək imkanım oldu. Sizinlə görüşlərimizi, Sizin səxavətinizi, qonaqpərvərliyinizi həmişə hərarətlə xatırlayıram.

Rus Pravoslav Kilsəsi insanlarda vətənpərvərlik tərbiyəsini, mənəvi-əxlaqi tərbiyəni, sülhə və vətəndaş həmrəyliyinə nail olmağı özünün ən mühüm vəzifələrindən biri hesab edir. Kilsə bu məqsədə nail olmağa çalışaraq dünyəvi hakimiyyətlə, digər dini məzhəblərin və ictimai birliklərin nümayəndələri ilə konstruktiv əməkdaşlıq edir. Moskva Patriarxatının Bakı Yeparxiyasının həyat və fəaliyyətinə daimi diqqətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istərdim.

Səmərəli qarşılıqlı fəaliyyətimizin daha da inkişaf edəcəyinə əminliklə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikasının və onun sakinlərinin rifahı naminə yeni zəfərlər qazanmaq üçün tükənməz qüvvə arzu edirəm.

Xanımınızı salamlayır və ona ehtiramımı bildirirəm".

----------------
27.12.2014
15:40


Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi - beynəlxalq siyasətdə öz dəst-xətti ilə seçilən, mənalı ömrünü dünya azərbaycanlılarının məbədgahı olan Azərbaycanımızın parlaq gələcəyinin təmin olunmasına həsr edən böyük dövlət xadimini ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji arzulayırıq.

Möhtərəm Prezident, Sizin apardığınız müdrik siyasət həmişə Azərbaycan xalqının, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən Gürcüstan azərbaycanlılarının xoş gələcəyi, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı ilə bağlı yüksək qayğınızla xüsusi məzmun kəsb edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, doğma Azərbaycanımızın qüdrətinin artması üçün ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq".

X X X

Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyasının idarə heyətinin sədri Vladimir Petruk Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

İcazə verin, Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı ifadə edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və rəhbərliyinizlə regional lider statusunu getdikcə daha da möhkəmləndirən Azərbaycan dövlətinin rifahı naminə yeni nailiyyətlər arzu edirəm.

Sizin enerjili, qətiyyətli və məqsədyönlü olduğunuza, ən mürəkkəb məsələlərin optimal yollarını tapmaq bacarığınıza bələd olduğum üçün bilirəm ki, zəngin siyasi təcrübəniz, dərin biliyiniz, daim yeni nailiyyətlərə can atmağınız Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının uğurlu inkişafının, habelə Ukrayna-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsiplərinə uyğun şəkildə daha da dərinləşməsinin etibarlı rəhnidir.

Bakı Metropoliteninin əlavə xətlərinin çəkilməsi üzrə layihədə iştirak etmək “İnterbudmontaj” TA üçün böyük şərəfdir. Eyni zamanda, assosiasiyanın rəhbərliyi başa düşür ki, bu, həm də böyük məsuliyyətdir. Çünki bu gün Azərbaycanda bütün layihələr yüksək səviyyədə həyata keçirilir. Sizi əmin edirəm ki, “İnterbudmontaj” TA bu yüksək etimadı doğrultmaq üçün səylə çalışacaq.

Bu xoş fürsətdən istifadə edib, Sizə qarşıdan gələn yeni 2015-ci il münasibətilə səmimi təbriklərimi çatdırır, xalqınıza xeyir-bərəkət, rifah, Azərbaycana aydın səma arzu edirəm".

X X X

Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının və Nyu-Yorkdakı “Azərbaycan Evi”nin prezidenti Minəvvər Vahabova Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezidentim İlham Əliyev,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Vətənimiz və xalqımız üçün gördüyünüz böyük işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, Siz Azərbaycanı inkişaf yolları ilə daha da irəliyə aparacaqsınız.

Hörmətli cənab Prezident, Sizin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini, quruculuq strategiyasını uğurla davam etdirməyiniz hər bir vətənpərvər azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Vətəndən uzaqlarda yaşayan bir azərbaycanlı kimi mən də bu uğurlara çox sevinirəm. Bilirəm ki, bu uğurların təməlində Sizin - çox güclü Liderimizin səyləri, yaradıcı təşəbbüsləri dayanır.

Biz, xaricdə yaşayan azərbaycanlılar da öz növbəmizdə, vətənimiz Azərbaycanı olduğumuz ölkələrdə layiqincə təmsil etməyə çalışırıq. Hər zaman Vətənin vuran qolu və döyünən ürəyi olmağa, onun əmin-amanlığı üçün əlimizdən gələni etməyə hazırıq. Yaşadığımız ölkələrdə qazandığımız uğurlar da Vətənə olan ərməğanımızdır. Missiyamız ondan ibarətdir ki, azərbaycanlılar yalnız müsbət cəhətləri, elm və təhsildə qazandıqları uğurlarla, diasporumuzun güclənməsi yolunda fəaliyyətləri ilə tanınsınlar.

Sizinlə Nyu-Yorkda görüşümüz zamanı söz verdiyimiz kimi, Siz hər zaman bizə inana və güvənə bilərsiniz.

Sizə uzun və mənalı ömür, Vətənin çiçəklənməsi yolunda tükənməz güc və əzmkarlıq arzu edirik".

X X X

Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir. Məhz bu strategiyanın nəticəsidir ki, bu gün əldə etdiyimiz nailiyyətlər, eyni zamanda, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi və ölkəmizin dünya birliyində layiqli yer tutması ilə müşayiət olunmaqdadır.

Çox hörmətli Prezident, ad gününüz münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirəm".

---------
14:19


İspaniyanın “Atletico de Madrid” klubunun baş icraçı direktoru Migel Angel Gil Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə klubumuzun və “Atletiko Madrid” ailəsinin bütün üzvləri adından təbrik etmək istərdik.

Yola salmağa hazırlaşdığımız 2014-cü il klubumuz üçün xoş xatirələr və İspaniya Liqasında, Super Kubokda, UEFA Çempionlar Liqasında qazanılan uğurlarla dolu möhtəşəm, tariximizin ən gözəl illərindən biri olub.

Bütün bu nailiyyətlər bizə Sizin gözəl ölkənizi dünyanın 250 milyon əhalisinə təqdim etmək imkanı vermişdir. Bütün azarkeşlərimiz “Atletiko”nun dəyərlərini Azərbaycan ilə əlaqələndirirlər - ambisiyalarla birgə səylər və gərgin iş xəyalları reallaşdırmağa imkan verir.

Biz həqiqətən də bununla fəxr edirik və bu uğuru Sizinlə,Azərbaycan xalqı ilə bölüşmək istəyirik. Bizə göstərdiyiniz dəstəyə görə Sizə daim minnətdar olacağıq və Azərbaycanın gözəlliklərini dünyaya yaymağa davam etməkdə qətiyyətliyik.

İcazə verin, bu xoş fürsətdən istifadə edib Sizi, ailənizi və ölkənizi Milad bayramı və Yeni il münasibətilə təbrik edim".

X X X

TUSİAB-ın idarə heyətinin sədri Yavuz Keleş Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
 
"Əziz və möhtərəm Prezident,

Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti – TUSİAB üzvləri adından və şəxsən öz adımdan, Zati-alilərinizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizi ən xoş arzularla təbrik edir, Azərbaycan xalqının firavanlığı, xoşbəxtliyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf və rifah yolunda sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaq".

---------
14:05


Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıblar
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Xahiş edirik, ad gününüz münasibətilə ən səmimi və ən xoş arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik arzu edirik.

Qoy,Tanrı Sizi və gözəl ailənizidaim qorusun, gözəl ölkəniz və xalqınız naminə bütün nəcib istəkləriniz, arzularınız və ümidləriniz həyata keçsin".

---------
12:36


Niderlandın “Bresser Eurasia BV” şirkətinin rəhbəri Leon Sviqers Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz cənab Prezident,

Ad gününüzlə bağlı bu məktubdakı salamları və xoş arzuları Sizə Bakının Füzuli küçəsində yerləşən tarixi binanın yerinin dəyişdirilməsinə cavabdeh olan Leon Sviqers göndərir. Bu, mənim həyatımda ən həssas təcrübələrdən biri olmuşdur və mən qəlbimin dərinliklərində bu heyrətamiz layihənin təşəbbüskarı olan müdrik şəxs kimi Sizə və ailənizə qarşıdan gələn illərdə möhkəm cansağlığı, uğurlar və səadət arzu edirəm. Böyük gələcək üçün daim xidmətinizdə hazıram".

X X X

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti Doktor İsmayıl Safi Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu adından səmimi təbriklərimizi çatdırır, möhkəm cansağlığı, rifah və fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sizin fəal mövqeyiniz və yüksək peşəkarlıqla birləşən heyrətamiz enerjiniz, münasibətlərdə insani keyfiyyətləriniz və səmimiyyətiniz sülhün möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və sabitlik uğrunda çalışan bütün xalqların hörmət və ehtiramına layiqdir. Sizə ali dövləti fəaliyyətinizdə, Azərbaycan xalqının mənafeyi naminə bütün plan və təşəbbüslərinizin həyata keçirilməsində uğurlar arzulayırıq.

Zati-aliləri, doğum gününüz münasibətilə ən xoş arzularımızı qəbul etməyinizi və Sizə ən yüksək ehtiramımıza əmin olmağınızı xahiş edirik".

X X X

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının idarə heyətinin sədri Bilal Dündar Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlərlə dolu ömür arzulayırıq.

Qafqazın parlayan ulduzu olan Azərbaycanın daha da inkişafı üçün göstərdiyiniz səylərin davamlı olacağına ürəkdən inanırıq".

X X X

Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviç Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Lyublyana Meriyası adından səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, məşhur ingilis yazıçı Luis Kerrolun “Həyatın böyük sirlərindən biri budur ki, yalnız başqaları üçün etdiklərimiz dəyər kəsb edir” müdrik kəlamını yada salmaq yerinə düşər. Çünki Sizin ölkəniz və xalqınız üçün etdikləriniz də böyük dəyərə malikdir.

Zati-aliləri, Sizə xoşbəxtlik, uğurlar, möhkəm cansağlığı və ailə səadəti arzu edirəm".

----------------
26.12.2014
16:35


Rusiyanın “Rosnano” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Anatoli Çubays Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qoy, topladığınız həyat təcrübəsi və müdriklik yeni zirvələr fəth etməyinizə yardımçı olsun, bütün arzularınız və təşəbbüsləriniz reallaşsın, həyatınızda yaxşı olan hər şey qat-qat artsın.

Sizə və yaxınlarınıza uzun ömür, əmin-amanlıq və firavanlıq arzu edirəm".

X X X

“Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Siyenko Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə “Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyasının bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin ömür yolunuz Vətənə vicdanla xidmətin parlaq təsdiqidir. Azərbaycan Respublikasında iqtisadi və sosial sahələrin inkişafına Sizin töhfəniz ölçüyəgəlməzdir. Səmərəli və məhsuldar işiniz ölkədə Sizə böyük nüfuz və ehtiram qazandırıb.

Əminəm ki, Sizin enerjiniz, gözəl işgüzar keyfiyyətləriniz, ana Vətənə maksimum fayda gətirmək istəyiniz bundan sonra da həyatınızdakı və işinizdəki uğurların rəhni olacaq.

Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən yeni-yeni uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Heydər Əliyev adına 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirova Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə Həştərxan şəhərinin “Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin kollektivi adından, habelə valideynlər və şagirdlər adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz quruculuq enerjisi arzulayıram.

Əminəm ki, Sizin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönələn sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətiniz davam edəcək".

X X X

“Novolipetsk Metallurgiya Kombinatı” Açıq Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri Vladimir Lisin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin ali dövləti fəaliyyətdə böyük təcrübəniz, tükənməz enerjiniz və uzaqgörən siyasi xadim nüfuzunuz doğma Azərbaycanın daha dinamik inkişafının və çiçəklənməsinin, onun zəngin iqtisadi, intellektual və idman potensialının üzə çıxmasının rəhnidir. Əminəm ki, Azərbaycanın 2015-ci ildə qəbul edəcəyi birinci Avropa Oyunları olimpiya miqyaslı əsl idman bayramı olacaq və bütövlükdə dünyada milyonlarla azarkeşə unudulmaz anlar bəxş edəcək.

Buna da əminəm ki, Azərbaycan idmançıları istər Bakı-2015 Avropa Oyunlarında, istərsə də 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında Sizi və bütün həmvətənlərini yüksək nəticələr, şanlı qələbələrlə sevindirəcəklər.

Sizə möhkəm cansağlığı, quruculuq enerjisi və firavanlıq arzu edirəm".

---------
15:45


Ukrayna Elmlər Akademiyasının akademiki Anatoli Raxanski Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti, qüdrətli Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizinlə - görkəmli siyasi xadimlə tanış olduğuma görə taleyimdən çox razıyam. Sizi yeni - 2015-ci il münasibətilə təbrik edirəm".

---------
14:30

Fransanın “Le Racing de Lens” futbol klubunun prezidenti Jerve Martel Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Fransanın “Le Racing de Lens” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik.

Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq".

X X X

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz quruculuq enerjisi, Azərbaycan xalqının rifahı və ölkənin sabitliyi naminə çoxşaxəli və səmərəli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzu edim. Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti respublikanın həyatını və burada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Sizə xoşbəxtlik, Azərbaycan xalqına əmin-amanlıq arzu edirik".

X X X

Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsinin Lyudmila Kamenkova
Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsi Sizə yüksək ehtiram göstərir, ad gününüzü təbrik etmək şərəfinə nail olmaqdan qürur duyur.

Sizə Azərbaycan Respublikasının tərəqqisinə və Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönələn fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirik".

X X X
 
İTOÇU Korporasiyasının prezidenti və baş icraçı direktoru Masahiro Okafuji Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Sizi doğum gününüz münasibətilə İTOÇU Korporasiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və çətin missiyanızın yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ölkənizin inkişafı istiqamətində göstərdiyiniz səylərinizi yüksək qiymətləndirərək inamla deyirəm ki, bu gün Azərbaycan Respublikası ilə Yaponiya və İTOÇU Korporasiyası arasında ikitərəfli münasibətlər həmişəkindən daha da güclüdür.

Ad gününüz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə Asiya İnkişaf Bankının gələn ilin may ayında keçiriləcək 48-ci İllik İclasında və iyun ayında gözlənilən birinci Avropa Oyunlarında uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxt və firavan Yeni il arzulayıram".

X X X

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün respublikanızda cəmiyyət həyatının bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətlər istedadlı və əməksevər Azərbaycan xalqının əzmkar quruculuq fəaliyyətinin, ölkənin təbii sərvətlərindən, istehsal və elmi potensialından səmərəli istifadə olunmasının nəticəsidir. Bununla belə, ölkə əhalisi hamı tərəfindən qəbul olunmuş lider kimi Sizə olan böyük etimada söykənməsəydi, ölkənin tərəqqiyə aparan yeni-yeni zirvələr fəth etməsi belə dinamik və inamlı olmazdı.

Möhtərəm Prezident, icazə verin, bu ilin oktyabrında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə bir daha səmimi təşəkkürümü bildirim. MDB-nin həmkarlar ittifaqları hərəkatı sosial sahənin və sosial dialoq siyasətinin inkişafında Azərbaycan Respublikasının uğurlarını yüksək qiymətləndirir, ölkənin vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının oynadığı əhəmiyyətli rolu vurğulayır.

Zati-aliləri, xahiş edirəm, ürəkdən gələn ən səmimi arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

---------
13:11

Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz Prezident İlham Əliyev,

Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı ən yüksək bilik, siyasi bacarıq və xalqın rifahı qayğısı ilə idarə etmisiniz və yenə də idarə edirsiniz. Dünyada çaxnaşmaların baş verdiyi birvaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca əhəmiyyətli uğurdur.

Sizə və ailənizə Yeni il təbriklərimi və ən xoş arzularımı da çatdırmaq istərdim.

Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Sizin Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün göstərdiyiniz təşəbbüsləri və gördüyünüz işləri olduqca yüksək qiymətləndirirəm. Sizin kimi bir rəhbəri olduğu üçün Azərbaycan çox şanslıdır.

Ən dərin hörmət, ehtiram və xoş arzularla,

Lütfi Zadə".

---------------
25.12.2014
18:47


“Rusneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan xalqının rifahının yüksəldilməsi, onun böyük potensialının üzə çıxarılması kursu Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Əminəm ki, ölkənizi qarşıda yeni-yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, zəngin təcrübəniz, doğma Vətəninizə, xalqınıza məhəbbətiniz bütün bunların rəhnidir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə müvəffəqiyyət arzu edirəm".

---------
18:34

Rusiya Federasiyasının Qəhrəmanı, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizi ad gününüz münasibətilə təbrik edir və Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində quruculuq fəaliyyətinizin davam etməsini səmimi qəlbdən arzulayıram. Qoy, Sizin gündəlik fəaliyyətiniz bundan sonra da ictimai dəstəklə müşayiət olunsun. Rusiyanın Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının rayonları arasında yaranan işgüzar və mədəni əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqınızın rifahının yüksəldilməsi üçün maksimum səylər göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə kömək edirsiniz.

Əminəm ki, Sizin yüksək peşəkarlığınız, çoxillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz nəzərdə tutduğunuz məqsədlərə çatmağınıza imkan verəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

X X X

2001-2009-cu illərdə Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Əziz İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyiniz xalqınızın hörmət və dəstəyini qazanıb. Siz əsası atanız tərəfindən qoyulan müasir Azərbaycan quruculuğu yolunu davam etdirərək, onun işlərinin layiqli varisisiniz.

Sizə Azərbaycanın və xalqınızın rifahı naminə tarixi missiyanızda səmimi qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edirəm".

---------
18:26


Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan üçün bayram ovqatlı bu əlamətdar gündə Sizi, ilk növbədə, dövlətinizin dünya səviyyəsində qazandığı nailiyyətlər və ölkənizdə baş verən müsbət dəyişikliklər münasibətilə təbrik edim.

Sizin ad gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı, hər bir həqiqi dostunuz üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik. Sizə və ailənizə xeyir-bərəkət, möhkəm cansağlığı və rifah, ölkənizə sülh, işğal altındakı ərazilərlə bağlı ədalətin ən qısa müddətdə zəfər çalmasını arzu edirəm. Biz Sizin və Azərbaycanın dostlarıyıq. Biz bu dostluqla fəxr edirik".

---------
17:05

2005-2010-cu illərdə Ukraynanın Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə sülh və əmin-amanlıq, uzun ömür, ailənizə və ölkənizə uğurlar və tərəqqi arzu edirəm.

Cənab Prezident, bugünkü geosiyasi vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, çoxillik dostluğunuza və mənim ölkəmi qətiyyətlə dəstəklədiyinizə görə Sizə minnətdaram. Təkcə Ukrayna deyil, bu gün çətin və mürəkkəb tale yaşayan bir çox başqa ölkələr də həmişə Sizin şəxsinizdə strateji tərəfdaş və müttəfiq tapıblar. Bu nadir siyasi müdrikliyə, uzaqgörənliyə görə Sizə təşəkkürümü bildirir və arzu edirəm ki, dünyanın digər liderləri də bu strateji mövqeləri bölüşsünlər.

Bildiyiniz kimi, Ukraynada vəziyyət olduqca dramatikdir və təəssüf ki, Ukraynada yaşanan münaqişənin lokal yox, geosiyasi münaqişə olduğunu dünya liderlərinin heç də hamısı başa düşmür. Mən Dağlıq Qarabağda vəziyyəti dərin narahatlıq hissi ilə izləyirəm, çünki biz Sizinlə yaxşı bilirik ki, Azərbaycanda və Ukraynada baş verən hadisələrin ümumi səbəb və nəticələri var.

Ukrayna böhranının nizamlanması üçün Sizin səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi bir daha vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, təəssüf ki, səhhətim bu ilin sonunda Sizin gözəl ölkənizə gəlməyimə imkan vermədi, lakin ümid edirəm ki, gələn ilin əvvəlində biz, nəhayət, görüşəcəyik.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm və səmimi şəxsi dostluğa görə təşəkkür edirəm. Bizim bütün ailəmiz adından da təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu çətin dövrdə ölkələrimizə müdriklik və güc arzu edirəm. İnanıram ki, birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın daha yaxşı taleyinə nail olacağıq".

---------
16:07


“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz” Federal Dövlət Büdcə Elmi Müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah arzulayıram. Qoy etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə səmimi qəlbdən qarşıya qoyduğunuz məqsədlərə nail olmağı, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov və Baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıblar:
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə bizim ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız.

Sizə möhkəm cansağlığı, nikbinlik və xoş ovqat, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq!

Sizə və əlbəttə, səbəbkarın yaxşı əhval-ruhiyyədə olması üçün əlindən gələni edən yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirik.

Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin".

X X X

Rusiya Onkoloji Elmi Mərkəzinin Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Məmməd Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, qarşıya qoyduğunuz məqsədlərə çatacağınıza inam, uzun ömür, tükənməz enerji və nikbinlik, həmçinin müasir müstəqil Azərbaycana firavanlıq arzu edirəm. Qoy, ömrünüzün hər günü Sizi xoş müjdələrlə sevindirsin, bütün arzularınız çin olsun".

---------
15:37


Rusiya Federasiyası Dövlət Duması maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi, sosial, elmi-texniki və mədəni inkişaf sahələrində sanballı uğurlar qazanıb, ölkənin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənib. Əminəm ki, ölkələrimizin xalqlarının maraqlarına cavab verən aktual siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı faydalı əməkdaşlığımız və tərəfdaşlığımız daha da genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Ad gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali vəzifədə olduğunuz illərdə xalqınızın həqiqi ehtiramını və məhəbbətini qazanmısınız.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, ölkənin rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və xoşbəxtlik arzu edirəm".

X X X

Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə Rusiya Uşaq Fondu adından təbrik edirəm. Sizə yeni ildə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və müvəffəqiyyət arzu edirəm".

---------
14:47

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Abubakar Edelgeriyev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz Sizi Azərbaycan xalqının inkişafına və tərəqqisinə yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən, müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlarınıza imkan yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim".

---------
14:02

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.

Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji, Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm".

X X X 

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurov Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir.

Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram".

X X X

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu,

Doğum günü münasibətilə mənim səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz nikbinlik və enerji arzulayıram. Rusiyanın Həştərxan vilayətini və Azərbaycan Respublikasını birləşdirən dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və hərtərəfli qarşılıqlı faydalı əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm.

Sizə planlarınızı və ideyalarınızı ən qısa müddətdə həyata keçirməyi, böyük xoşbəxtlik və Azərbaycan xalqına xidmət kimi nəcib bir işdə müvəffəqiyyət arzu edirəm".

---------
13:40

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri,

Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi yetirirəm.

TANAP və TAP layihələrinin rəsmi açılışı münasibətilə Bakıda axırıncı görüşümüz zamanı göstərdiyiniz qonaqpərvərliyi çox böyük məmnuniyyət hissi ilə xatırlayır və təşəkkürümü bildirirəm. Beynəlxalq və Avropa gündəmi barədə toxunduğumuz bütün mühüm mövzular bizim tutduğumuz mövqelərin yaxınlığını və ölkələrimiz arasında, xüsusilə enerji və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın vacibliyini göstərdi.

Bizim aramızda inkişaf edən etimad və dostluq münasibətləri, eləcə də Bolqarıstan və Azərbaycan arasında mükəmməl əlaqələr məndə gələcəkdə qarşılıqlı maraq dairələrinin büt

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR