“Petkim” “Sənayedə enerji səmərəliliyi layihə müsabiqəsi”nin qalibi seçilib

“Petkim” “Sənayedə enerji səmərəliliyi layihə müsabiqəsi”nin qalibi seçilib
11:38 15 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Nihad Budaqov, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan və 60-a yaxın növdə neft-kimya xammalı istehsal edən “Petkim PetroKimya Holding A.Ş.” “Sənayedə enerji səmərəliliyi layihə müsabiqəsi”nin qalibi seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Bildirilir ki, mükafatı “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorquda Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayraq təqdim edib.
Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən isə Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Petkim_Senayede_enerji_semereliliyi_layihe_musabiqesinin_qalibi_sechilib-918676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR