Qazaxıstan özünü 20 dollarlıq neftə hazırlayır

Qazaxıstan özünü 20 dollarlıq neftə hazırlayır
11:42 15 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan dünya bazarında neftin 1 barelinin 20 dollar olacağı ehtimalına qarşı yeni iqtisadi konsepsiya hazırlayır.

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə baş nazirinin 1-ci müavini Batıkjan Saqintayev məlumat verib.   "Dünya bazarında neftin sürətlə ucuzlaşmasını və qeyri-müəyyən situasiyanı nəzərə alaraq dövlət başçısının göstərişi ilə hökumət neftin  20 dollar olacağı halda gözlənilən iqtisadi ssenariləri gözdən keçirir".  

Saqintayev bildirib ki, yaranmış vəziyyətdə hökumət dövlət büdcəsinin xərclər hissəsinə yenidən baxmalı olacaq və sosial sfera istisna olmaqla digər sahələrdə ixtisarlara gedəcək.   Baş nazirin müavini 2015-ci ildə Qazaxıstan iqtisadi inkişafının 1,2% artdığını da deyib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR