Güləşçimiz Tehranda bürünc medal qazanıb

Güləşçimiz Tehranda bürünc medal qazanıb
11:48 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançısı bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Sakit Quliyev (59 kq) fəxri kürsüdə yer alıb.
Yarışların ikinci günündə 57, 61, 74 və 86 kiloqram çəkidə sərbəst, 71, 75, 80 və 85 kiloqram çəki dərəcəsində isə yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guleschimiz_Tehranda_burunc_medal_qazanib-918679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR