Bakıda məşhur dərman firmasının rəhbərinə cinayət işi açıldı

Bakıda məşhur dərman firmasının rəhbərinə cinayət işi açıldı
12:17 15 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Dərmanın qiymətini süni şəkildə artırdığına görə saxlanılan "Alfa med" şirkətinin rəhbəri Əfqan Xudaverdiyev və şirkətin satış meneceri İbadulla Hüseynov barəsində başlanmış cinayət işinin istintaqı hazırda davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, süni qiymət artımı ilə mübarizə çərçivəsində işlər davam etdirilir.

K.Əliyev əlavə edib ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ilə bağlı hökumət tərəfindən müəyyən edilən güzəştlərdən sonra da süni qiymət artımına yol verən şəxslərə qarşı tədbirlər davam etdiriləcək.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR