Xatirədən Elnarəyə: "Əcəb edirəm, əlimin içindən gəlir"

Xatirədən Elnarəyə: "Əcəb edirəm, əlimin içindən gəlir"
14:48 15 Yanvar 2016
397 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam ilə əməkdar artist Elnarə Abdullayeva arasındakı dava get-gedə qızışır.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Elnarə Abdullayevanın müğənni Xatirə İslama: "Oğru elə bilir ki, hamı oğru, doğru da elə bilir ki, hamı doğrudur. İnsan gərək imanlı, qabiliyyətli olsun. Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa", - şəklində cavab verməsi Xatirənin xoşuna gəlmiyib.

Açıqlama verən Xatirə İslam: "Onun haqqında hər nə demişəmsə, yaxşı demişəm. Əcəb etmişəm, əlimin içindən gəlir", - deyərək artıq söz demək istəmədiyini bildirib. 

Qeyd edək ki, Xatirə İslam verilişlərdən birində: "Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, "Yox-yox, müğənni qız almaram", - deyərək əməkdar artist Elnarə Abdullayevaya söz atıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR