Arxitektura sahəsində ən nüfuzlu mükafatın sahibi bəlli olub

Arxitektura sahəsində ən nüfuzlu mükafatın sahibi bəlli olub
12:28 15 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Arxitektura sahəsində ən nüfuzlu -Tom Pritçkerov mükafatının sahibi bəlli olub. Bu mükafata çilili memar Aleksandr Araven layiq görülüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mükafatın münsiflər heyəti onu “sosial yönümlü memarlığı canlandıran” memar adlandırıb. Aleksandr Aravenin yaradıcılığında ən xarakterik nümunələr Çilidəki Katolik universitetinin binası, Sent- Endryus Universitetinin ictimai və təhsil müəssisələri, Santyaqoda iki yüz ilin Uşaq parkı və digər layihələrdir.
Məhsuldar əməyinə görə Araven 2008-ci ildə də Venesiya Memarlıq Biennalesində “Gümüş Aslan” mükafatı alıb. Bu il isə XV Venesiya Memarlıq Biennalesinin kuratoru olacaq.
Bildirilib ki, Tom Pritçker mükafatı arxitektura sahəsində Nobel mükafatının analoqu hesab edilir. Mükafat Tom Pritçkerin xeyriyyə fondu tərəfindən maliyyələşdirilir və 1979-cu ildən təqdim edilir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arxitektura_sahesinde_en_nufuzlu_mukafatin_sahibi_belli_olub-918693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR