Şensoy "İnter"in sabiq üzvünü yanına apardı

Şensoy "İnter"in sabiq üzvünü yanına apardı
12:32 15 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

"İnter" və "Simurq"un sabiq futbolçusu Daniel Genov özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, o, karyerasını Bolqarıstan çempionatında davam etdirəcək.


Belə ki, 26 yaşlı futbolçu "Pirin" klubuna keçib. Bu komandanı "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy çalışdırır.


Qeyd edək ki, 2010-2013-cü illərdə "İnter"də çıxış edən Genov 38 oyunda 2 qol vurub. O, 2011/12 mövsümündə icarəyə verildiyi "Simurq"un heyətində 26 oyuna çıxaraq 1 dəfə fərqlənib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR