Rusiya 30 türk şirkətinə güzəştə getdi

Rusiya 30 türk şirkətinə güzəştə getdi
12:32 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Türkiyə şirkətlərinə qarşı ötən ilin noyabrından tətbiq etdiyi sanksiyaları zəiflədə bilər.

Modern.az Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, buna səbəb 2018-ci ildə ölkədə keçiriləcək futbol üzrə dünya çempionatı üçün tikilən futbol obyektlərinin yarımçıq qalmaq təhlükəsidir.  

Qəzetin məlumatına görə, ölkədə geniş tikinti işləri aparan "Enka", "Renaissance Construction", "Ant Yapı" və s. şirkətlər bu sanksiyalardan azad olunacaq.  

Lakin Rusiyadakı fəaliyyətlərini davam etdirməsinə icazə verilən və mehmanxana, idman və infrastruktur obyektlərini inşa edən həmin 30 türk şirkətinin illik dövriyyəsinin azı 60 milyard rubl (785 milyon dollar) təşkil etməsini şərt qoyub.  

Bundan başqa, həmin şirkətlər Rusiya ərazisində ortaq rus-türk qurumları yaratmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR