"Azərbaycanda qadın və kişilərin bir yerdə oynaması ağlabatan deyil"

"Azərbaycanda qadın və kişilərin bir yerdə oynaması ağlabatan deyil"
12:37 15 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Məşqçilik çox çətin peşədir. Xüsusilə, başlanğıcda işin daha çətin olur".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 19 və 21 yaşlı qadın futbolçulardan ibarət yığmalarımızın baş məşqçisi Patrisia Qonzales deyib.

Ölkəsinin mətbuatına müsahibə verən ispaniyalı çalışdırıcı Azərbaycanın qadın futbolundan bəhs edib.
 
O bildirib ki, Azərbaycanda qadın və kişilərin bir yerdə futbol oynaması mümkün deyil: "Azərbaycanda qadın futbolu üzrə yarışlar keçirilir. Burada qızlar 11 yaşından etibarən futbol oynamaq imkanı qazanırlar. Azərbaycan müsəlman ölkəsi olduğundan, ağlabatan deyil ki, qadın və kişilər bir yerdə futbol oynasınlar. Bu mənada, onların çoxlu yarışlarda iştirak etməsi qadın futbolunun daha möhkəm struktura malik olması baxımından çox önəmlidir. Onda rəqabət də güclənir".
 
Azərbaycanda ispan futbol fəlsəfəsini tətbiq etdiyini deyən Qonzales heyətdən də çox şey asılı olduğunu vurğulayıb: "Çalışıram ki, Azərbaycanda ispan futbol fəlsəfəsini tətbiq edim. Ancaq imkanlarımıza da fikir verməli, əlimizdə olan heyətə uyğun davranmalıyıq".
 
Qeyd edək ki, Qonzales 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR