Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım edilib
12:43 15 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tədbirlər planına əsasən, yanvarın 15-də ənənəvi olaraq 20 Yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, 112 şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib. Eyni zamanda, hər bir şəhid ailəsinin problemləri dinlənilib, onların həlli üçün müvafiq qaydada addımların atılacağı diqqətə çatdırılıb.
1990-cı il yanvarın 20-də törədilmiş qanlı hadisələrdən 26 il keçsə də, Azərbaycan xalqı fədakar oğul və qızlarını heç zaman unutmur. Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutub. O gecə müstəqillik uğrunda mübarizəyə qalxan, Vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilib. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.
Bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda şəhid olan qəhrəman vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR