2016-cı ildə TANAP üzrə qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur

2016-cı ildə TANAP üzrə qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur
12:43 15 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi üzrə işlərin 20 faizi yekunlaşıb. Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Bu il layihə üzrə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması və beləliklə də qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində deyilir. Bildirilir ki, Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq təxminən 12 milyard dollar dəyərində olan TANAP layihəsi üzrə 2015-ci ilin martından başlayan tikinti işləri də fasiləsiz qaydada davam etdirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəd ərazilərindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.
İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20 faizi yekunlaşıb və 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülüb və boruların 200 kilometrində qaynaqlama işləri aparılıb. Bu il 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması və beləliklə də qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulur. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80 faizi Türkiyə, digər 20 faizi isə Çin istehsalıdır. İqlim və ərazi şərtləri ilə bağlı problemlər ortaya çıxmazsa, layihənin vaxtında icrasında və hətta daha tez istifadəyə verilməsində problemlər olmayacaq.
Qeyd edək ki, TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_ilde_TANAP_uzre_qaynaqlama_prosesinin_70_faizinin_yekunlasdirilmasi_nezerde_tutulur-918696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR