Qiymətləri süni artıranlara xəbərdarlıq edilib

Qiymətləri süni artıranlara xəbərdarlıq edilib
12:47 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Göyçayda istehlak bazarında süni qiymət artımın qarşısının alınması üçün sahibkarlarla birgə müşavirə keçirilib. Bildirilib ki, qiymətlərdə süni artıma yol verənlər sərt şəkildə cəzalandırılacaq. Yerli istehsala əsaslanan meyvə-tərəvəz, yumurta, ağartı və ət məhsullarının qiymətini bahalaşdıranların istehlakçıları aldatdıqları vurğulanıb. Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri bu işlə məşğul olanların qanunla məsuliyyət daşıdıqlarına diqqət çəkiblər. Müşavirədə qeyd olunub ki, artıq rayonda istehlakçıların hüquqlarının qorunması üzrə komissiya yaradılıb. Komissiya üzvlərinə istehlak bazarına mütəmadi nəzarət etmək, daxil olmuş hər bir şikayəti operativ şəkildə araşdıraraq konkret tədbirlər görmək tapşırılıb. Bildirək ki, hazırda Göyçaydakı topdansatış mağazalarında 50 kiloqram çəkisi olan bir un kisəsi 23 manata, xırda mağazalarda isə 24 manata satılır.

Milli.Az                 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR