Burak Özçivit: "Bakıya gedib..." - FOTO

Burak Özçivit: "Bakıya gedib..." - FOTO
12:57 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Burak Özçivitlə müğənni Murat Bozun baş rolda çəkildikləri "Qardaşım mənim" adlı filmin qala-gecəsi keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, rejissorluğunu Mərt Baykalın etdiyi filmin qalasına məşhurlar axın ediblər.
 
Yaradıcı heyət qırmızı xalıda müxbirlərin suallarını cavablandırıb. Murat Boz çəkilişlərin çox əyləncəli keçdiyini bildirib:
 
"Çəkilişlərin bitməyini istəmirdik. Mənim üçün fərqli təcrübə oldu".
 
Burak Özçivit də öz təəssüratlarını paylaşıb:
 
"Filmi izləyəndə aramızdakı o isti münasibətləri hiss edəcəksiniz. Hamı orada özündəki hansısa xüsusiyyəti tapacaq. Film gözəl bir qardaşlıq hekayəsindən bəhs edir".
 
Aktyor açıqlamasında Bakıya gələcəyini də qeyd edib:
 
"Xaricdəki kinosevərlərlə də görüşümüz olacaq. Amsterdam, Berlin və Bakıya gedib oradakı fanatlarımızla da görüşəcəyik".
 
Qeyd edək ki, Burak Özçivit qala-gecəsinə sevgilisi Fəhriyə Evcənlə gəlib. Demet Akbağ, Eser Yenerler, İbrahim Büyükak, Oğuzhan Koç, Ərkan Kolçak Köstəndil, Büşra Pekin, Sarp Ləvəndoğlu, Mustafa Ceceli-Sinem Ceceli cütlüyü, Kemal Uçar, İrmaq Ünal, Gökhan Kəsər kimi məşhur simalar da qalada iştirak ediblər.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR