Keçən il “Azneft” İB üzrə 6,7 milyon ton neft və 6,1 milyard kubmetrdən çox qaz hasil edilib

Keçən il “Azneft” İB üzrə 6,7 milyon ton neft və 6,1 milyard kubmetrdən çox qaz hasil edilib
13:03 15 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, Nihad Budaqov, AZƏRTAC
2015-ci ildə “Azneft” İstehsalat Birliyi (İB) üzrə 6 milyon 778 min ton neft və 6,1 milyard kubmetrdən çox qaz hasil edilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, keçən il “Azneft”in fəaliyyətsiz quyu fondundan 98 quyu istismara qaytarılıb. Bu quyulardan 29,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 58,3 min ton neft alınıb ki, bu da plandan 29,1 min ton çoxdur.
Ötən ilin əvvəlindən neft-qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün 715 geoloji tədbir keçirilib, nəticədə 312 min ton neft hasil edilib. Bu da plana qarşı 78 geoloji tədbir çox və 44,4 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə 48,9 min ton plana qarşı 59,1 min ton neft hasil edilib.
Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində keçən il “Azneft” İB-nin sifarişi əsasında 75 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 189 min ton plana qarşı 194,9 min ton neft hasil olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kechen_il_Azneft_IB_uzre_67_milyon_ton_neft_ve_61_milyard_kubmetrden_chox_qaz_hasil_edilib-918705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR