Röya: "Dedi ki, utanmırsan, pul istəyirsən?"

Röya: "Dedi ki, utanmırsan, pul istəyirsən?"
13:10 15 Yanvar 2016
130 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan dostlarından danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində pis dostlarını tanıdığını bildirib:

"Sən hamının fikrini bilmək istəyirsənsə, get uzaqda yaşa. 2 ay İstanbulda qaldım, hamını tanıdım. Kimsə məni axtarmırdı. Nə oldu, Bakıda hər gün bir yerdə idik? İstanbulda evdə otururam, ürəyim partlayır. Özüm Abbas Bağırova, Xəyyam Nisanova yazırdım. Amma insan istəyir ki, kimsə də səni axtarsın. Uzaqlaşanda yaddan çıxırsan". 

Röya Ayxan 2016-cı ildə edəcəyi layihələrindən də danışıb:

"Deyirlər ki, bu il ən yaxşı Əkizlər bürcünün nümayəndələrinə düşəcək. Bir aydan sonra bomba partladacam. Sevdiyim bir sənətçi ilə işbirliyim oldu. Onunla çalışmaq möhtəşəm idi. Yaxın günlərdə nəticəni görəcəksiniz. Bu il Röya tam fərqli gəlir. Gülşənin mahnısından sonra fasilə verməyəcəkdim. Amma dedi ki, "Mahnılarım çətindir, ara verin". Nə vaxtsa yanında çalışdığım, əlindən su içdiyim bir adamın bəstələrini oxuyacam".

Müğənni bəstəkarlardan şikayətlənib:

"Bəstəkarları çox sevirəm, amma çasmasınlar. Biri çaşıb. Hamısına yaxşı pul verirəm. İlk mahnılar mənim evimə gəlir. İndi gənc ifaçıların oxuduğu mahnıların hamısı birinci mənim evimə gəlir, hamısı var məndə. Bundan sonra da ilk mənə gələcək, çünki onları dəyərləndirirəm. Bir dəfə mənə mahnı satdılar, oxudum, səsimə yatmadı. Pulunu əvvəlcədən vermişdim. Qaytardım ki, get, sat, sonra pulumu ver. Bir müddətdən sonra məşhur müğənni oxudu. Bəstəkara dedim ki, "Nə oldu pulum?" Qayıtdı: "Sən öl, pul istəyəndə müğənni dedi ki, utanmırsan, pul istəyirsən? Mən staram". Düşündüm ki, mənə gələndə studiyaya çatan kimi qiymət qoyurlar".


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/398174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR