Azərbaycanda universitetlərdən birinin 14 kafedrası ləğv edilib

Azərbaycanda universitetlərdən birinin 14 kafedrası ləğv edilib
13:15 15 Yanvar 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək". "Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.

O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: "Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir". 

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: "Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-texniki-universitetinde-kecen-il-14-kafedra-legv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR