​Dünya bazarında xam neftin qiyməti son 13 ilin minimumuna enib

​Dünya bazarında xam neftin qiyməti son 13 ilin minimumuna enib
13:17 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 30 dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu gün saat 13:00-a olan məlumata görə, ABŞ-ın WTI markalı xam neftinin qiyməti 29,60 dollar/barelə düşüb.
Məlumata görə, London birjasında satışa çıxarılan "Brent" markalı xam neft isə 29,74 dollar/barelə qədər ucuzlaşıb.
Qeyd edə ki, WTI markalı xam neft sonuncu dəfə 2003-cü ilin dekabrında 29,66 dollar/barelə satılıb. "Brent" markalı xam neft isə 2004-cü ilin fevralında 28,44 dollar/barelə satılıb.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/dunya-bazarinda-xam-neftin-qiymeti-son-13-ilin-minimumuna-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR