AFFA "Trabzonspor"un daha 2 futbolçusunu istəyir

AFFA "Trabzonspor"un daha 2 futbolçusunu istəyir
13:32 15 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

AFFA "Trabzonspor" klubuna yenidən təklif göndərib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müraciət "bordo-mavililər"in daha 2 futbolçusunun Azərbaycan yığmasına çağırılması ilə bağlıdır.

Qara dəniz komandasının iki gənc oyunçusu Doğukan Öksüzlə Murat Cem Akpınarı milliləşdirən federasiya indi də Ahmet Hakan SevinçTayyip Ebrar Cumura göz dikib. Bu barədə yerli mətbuata məlumatı "Trabzonspor"un aşağı yaş qrupu üzrə baş məşqçisi Sadi Tekelioğlu verib.
 
O, konkret ad çəkməsə də, bildirib ki, AFFA daha iki oyunçu üçün onlarla əlaqəyə keçib. Baş məşqçi bu təklifi də dəyərləndirəcəklərini vurğulayıb.
 
Qeyd edək ki, 1999-cu ilin yanvarında anadan olan Ahmet Hakan Sevinç sağ cinah, həmin ilin noyabrında dünyaya göz açan Tayyip Ebrar Cumur isə mərkəz yarımmüdafiəçisidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR