Zakir Həsənov: Erməniləri dinc oturmağa qoymayacağıq

Zakir Həsənov: Erməniləri dinc oturmağa qoymayacağıq
13:41 15 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

"Dövlət başçısının diqqəti və qayğısı sayəsində Azərbaycan Ordusu düşmənlə təmas xəttində tam üstünlüyü əldə edib. Artıq cəbhədə ermənilərin qorxuya düşdükləri heç kimə sirr deyil".

ANS PRESS-in məlumatına görə, bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib . Bu gün nazir və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olublar.

Onun sözlərinə görə, cəbhə xəttində son bir ildə ordumuz tərəfindən xeyli sayda düşmən məhv edilib. "Nə qədər ki, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyiblər prezidentin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur".

Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. O, deyib ki, ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. "Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir".

Müdafiə naziri daha sonra qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Silahlı Qüvvələrdə quruculuq işlərindən, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan və ordumuzun döyüş qabliyyətinin yüksəldilməsi üçün görülən vacib tədbirlərdən danışıb.


.
Son illərdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışan Müdafiə naziri vurğulayıb ki, son iki ildə müasir dövrün tələblərinə cavab verən hərbi şəhərciklər tikilərək şəxsi heyətin ixtiyarına verilib. Zabit və əsgərlərin rahatlığına və sağlamlığına təminat verən bu işlər yenə davam etdiriləcək. Artıq yetərli sayda hərbi qulluqçu xidməti mənzillərlə də təmin edilib. Bu yaxınlarda isə 500 hərbi qulluqçuya daimi mənzillər verilib.
Müdafiə naziri bundan sonra da hərbi qulluqçularımızın Vətən qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini bildirərək Silahlı Qüvvələrin tibb heyətinə uğurlar arzulayıb.
Sonra Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək son illər Silahlı Qüvvələrdə tibb xidməti sahəsində aparılan islahatların müsbət nəticələrini, ordu rəhbərliyinin hərbi səhiyyənin inkişafına diqqət yetirdiyini nəzərə çatdırıb.
General-mayor N.Əliyev qeyd edib ki, ordumuzda ilk dəfə olaraq xəstələrin təxliyyəsi üçün ambulans helikopterin alınması yaralılara, xəstələrə vaxtında və təxirəsalınmaz tibbi yardımın göstərilməsini mümkün edib. O, orduda tibb xidmətinin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə ölkəmizin qabaqcıl tibb mütəxəssislərinin iştirakı ilə seminarların keçirildiyini, Türkiyənin Gülhanə Tibb Akademiyasında və Almaniyanın qabaqcıl tibb müəssisələrində yüksək ixtisaslı həkim briqadalarının dəfələrlə Hərbi Tibb Fakültəsində olduğunu da diqqətə çatdırıb.
Sonda nazir toplantı iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kilo xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35

“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu

22 Sentyabr 2017 16:34

Piyadaların nəzərinə: Reyd keçirilir

22 Sentyabr 2017 16:33

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib

22 Sentyabr 2017 16:32

"QəbuldASAN" verilişi yeni mövsümə start verir

22 Sentyabr 2017 16:29

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

22 Sentyabr 2017 16:28

Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək

22 Sentyabr 2017 16:27

Qaradağda saxta pul əskinasları kəsməkdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

22 Sentyabr 2017 16:27

“Məşhurların çoxu belə arıqlayıb, hamısı gizlədir”

22 Sentyabr 2017 16:25

Poroşenko ABŞ-la silah razılaşmasından danışdı

22 Sentyabr 2017 16:23

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

22 Sentyabr 2017 16:22

Millət vəkili Türkiyədə tədbirə qatıldı

22 Sentyabr 2017 16:19

Avropa çempionatı: Azərbaycan və Macarıstan voleybol yığmalarının heyəti müəyyənləşib

22 Sentyabr 2017 16:17

Azərbaycandan xaricə əməliyyata xəstə göndərilməsi dayandırıldı

22 Sentyabr 2017 16:14

Bu əlamətlər sizdə varsa, hepatitsiniz - Diqqət

22 Sentyabr 2017 16:13

AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub

22 Sentyabr 2017 16:12

Rusiyanın sualtı gəmiləri İdlibi vurdu

22 Sentyabr 2017 16:12

Nalbandyan “əraziləri qaytarırıq” açıqlamasından İMTİNA ETDİ: "Mən..."

22 Sentyabr 2017 16:08

Məşhur mağazalar şəbəkəsinin sabiq rəhbəri barədə CİNAYƏT İŞİ

22 Sentyabr 2017 16:04

Müsavat Milli Şuraya dəstək verməyəcək - Mitinqdən İMTİNA

22 Sentyabr 2017 16:03

Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv edib

22 Sentyabr 2017 16:02