Məsut Özil rəqib tanımır

Məsut Özil rəqib tanımır
13:42 15 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasının ən yaxşı futbolçusu seçilib. Fanat.az xəbər verir ki, bu, Almaniya Futbol Federasiyasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermə nəticəsində müəyyənləşib. 

Səsverməyə 51 min azarkeş qatılıb. 27 yaşlı türk əsilli orta sahə oyunçusu 45,9 faiz səs toplayıb. O, "Bavariya"nın hücumçusu Tomas Müllerlə (15,9 faiz) "Köln"ün müdafiəçisi Yonas Hektoru (13,6 faiz) üstələyib. 

Qeyd edək ki, Məsut Özil bu mükafatı son 5 ildə 4-cü dəfə qazanıb. O, 2011-2013-cü illərdə dalbadal 3 dəfə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-msut-ozil-rqib-tanmr-t46815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR