Cəbhədə itkilərimizin olması ilə bağlı xəbərlərə dair RƏSMİ AÇIQLAMA

Cəbhədə itkilərimizin olması ilə bağlı xəbərlərə dair RƏSMİ AÇIQLAMA
13:42 15 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi cəbhədə itkilərimizin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.

"Düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir", - nazirilik bəyan edir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR