Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi

Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
13:51 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan tərəfi cəbhə xəttində heç bir itki verməyib.

Bu barədə ANS PRESS-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik bəyan edir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.

Düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.

Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Bu gün bəzi erməni KİV-də Azərbaycan tərəfinin itki verməsi barədə məlumatlar yayılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR